AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirilmişdir
Noy 20 , 2013 | 11:00 / Mühüm hadisələr
Oxunma ( 2907 )

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirilmişdir.

AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə institutun direktoru, professor Misir Mərdanov Azərbaycanda müasir dövrün əsas aparıcı qüvvəsi olan gənclərin elmə cəlb edilməsi prosesinin uğurla həyata keçirildiyini, gənc alim və tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərildiyini qeyd etmişdir. Rəhbərlik etdiyi elmi müəssisədə 60-a yaxın gənc kadrın fəaliyyət göstərdiyini söyləyən direktor institutun gənc alimlərinin elmi potensialının yüksək olduğunu, mühüm dövlət proqramları çərçivəsində yerinə yetirilən layihələrdə fəal iştirak etdiklərini söyləmişdir.

İclasın gündəliyinə müvafiq olaraq institutun yeni yaradılacaq Gənc Alim və Mütəxəssislər Şurasına namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçilmişlər.

Tərkibi 19 nəfərdən ibarət olan Famil Seyfullayev şuranın sədri, Rövşən Bəndəliyev və Lalə Əliyeva isə sədr müavinləri seçilmişlər.

Sonra professor Əkbər Əliyev, Musa İlyasov və başqaları yeni seçilmiş namizədləri təbrik etmiş, gənc alimlərə gələcək fəaliyyətlərində uğurlar arzulamış, tövsiyələrini bildirmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.