Fotos
Gəncədə “Heydər Əliyev və müasir elmi gənclik” mövzusunda elmi-praktiki konfrans keçirildi
May 06 , 2015 | 11:26 / Mühüm hadisələr
Oxunma ( 5261 )

May ayının 6-da Gəncə Şəhər İcra Hakimiyyəti, AMEA Gənc Alim və Mütəxəssislər Şurası və YAP Gəncə Şəhər Təşkilatı və birgə iştirakı ilə Gəncədə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Heydər Əliyev və müasir elmi gənclik” mövzusunda elmi-praktiki konfrans təşkil olunub. Konfransla əlaqədar Gəncə şəhərinə gəlmiş AMEA-nın gənc alim və mütəxəssisləri ilk öncə, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş və ulu öndərin büstü önünə gül dəstələri qoymuşlar. Daha sonra, gənclər Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olmuş və mərkəzin ümumi fəaliyyəti haqqında geniş məlumatlandırmışlar. Çoxsaylı yerli gənclərin də iştirak etdiyi konfransı, giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq, konfrans iştirakçılarını və qonaqları salamlayıb. "Azərbaycan elminin və təhsilinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri" mövzusu ilə çıxışını davam etdirən başçı xalqımızın tarixində bu dahi rəhbərimizin misilsiz xidmətlərini faktlarla əsaslandırdı. Ulu Öndərimizin müdrik siyasi irsinin bütün dünya üçün örnək olduğunu bildirdi. Növbəti çıxış edən AMEA Gəncə Bölməsinin sədri, əməkdar elm xadimi, akademik Fuad Əliyev "Qərb bölgəsində elm və təhsildə Heydər Əliyev ideyalarının həyata keçirilməsi" ilə bağlı geniş nitq söyləyib. Akademik çıxışında ölkəmizin Qərb bölgəsində istər elm və təhsilin inkişafı, istərsə də regionun sosial-iqtisadi tərəqqisində dahi rəhbərimizin həyata keçirdiyi sistemli işlərin bugünkü inkişafımızın əsası olduğunu qeyd etdi. Elmi-praktiki konfransda, həmçinin çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov nitqinə belə bir aktual və mötəbər tədbirin Azərbaycanın tarixi şəhərlərindən biri olan Gəncədə keçirilməsinə imkan yaratdığına görə şəhər rəhbərliyinə, xüsusilə hörmətli Elmar Vəliyevə çoxsaylı Akademiya gəncləri adından təşəkkürlə başlayıb. Sədr, tədbirdə "Heydər Əliyev və Azərbaycan elmi" mövzusunda məruzə ilə çıxış edib. Azərbaycan elminin işkişafında ümummilli lider Heydər Əliyevin rolu haqqında bir çox məqamlara toxunan sədr, qeyd edib ki, bu gün Azərbaycanda aparılan gənclər siyasəti, gənc nəslin, o cümlədən elmi gəcliyin inkişafına hərtərəfli dəstəyin verilməsi Heydər Əliyev siyasətinin düşünülmüş müasir transformasiyası baxımından atılmış mühüm və zəruri addımlardan biridir ki, bu da ölkə Prezidenti cənab İlham Əliyevin gənclər siyasətinin inkişaf konsepsiyasında öz əksini tapır. Növbəti məruzələrlə çıxış edən AMEA Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Qədimalıyeva, AMEA Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü, elmi işçi Leyla Hüseynova, Azərbaycan Dövlət Aqrar Universitetinin Gənc Alimlər Şurasının sədri Fariz Ələkbərov, AMEA Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, elm üzrə Prezident mükafatçısı Elnur Həsənov və başqaları Azərbaycan müxtəlif sahələrinin gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin qoymuşdur.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.