Fotos
Məktəblilər arasında kimya olimpiadası keçrilib
May 12 , 2015 | 03:09 / Elmi müsabiqələr
Oxunma ( 2629 )

Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurası Goranboy rayonu ərazisində məskunlaşmış Xocalı rayonu qaçqınlarının məktəbliləri arasında kimya üzrə olimpiada keçirib. Tədbir 1 saylı orta məktəbdə baş tutub. Birinci, ikinci, üçüncü yerləri tutmuş şagirdlər qiymətli hədiyyələr və sertifikatla mükafatlandırılıblar. Digər iştirakçılara sertifikatlar təqdim olunub.

Sonda AMEA Neft-Kimya Prosesləri İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurası institut adından olimpiada keçirilmiş 1 saylı orta məktəbə lazımi kimyəvi avadanlıq, reaktivlər və dərsliklər təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.