Fotos
"Ən yaxşı elmi məruzə" müsabiqəsinin qalibləri seçilib
May 13 , 2015 | 04:37 / Elmi müsabiqələr
Oxunma ( 3691 )

Bu gün Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illik yubileyi münasibətilə institutda çalışan gənc alim, doktorant, disertant və magistrlər arasında élan etdiyi “Ən yaxşı elmi məruzə” müsabiqəsinə məruzə təqdim edən namizədlərin təqdimat mərasimini keçirib. Elmi müsabiqənin şərtlərinə uyğun olaraq Ekspert Komisiyası qiymətləndirmə aparmaq üçün namizədlərin özlərinin elmi-tədqiqat mövzularına uyğun hazırladıqları məruzəsini dinlədilər. Hər bir namizədə 10-15 dəqiqə vaxt verildi. Bir-birindən maraqlı məruzələr ətrafında geniş fakir mübadiləsi aparıldı.

Məlumat üçün qeyd edək ki, müsabiqənin qalibləri may ayının sonunda élan olunacaq. Qaliblərə diploma və pul mükafatları “Gənclər üçün akademik Əli Quliyev” mükafatının təqdimat mərasimində təqdim olunacaq. Onların məqalələri isə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təsis etdiyi “Gənc tədqiqatçı və elm” jurnalında dərc ediləcək. 

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.