"Universitet qrantı" müsabiqəsinin qaliblərinin adları məlum oldu
May 14 , 2015 | 10:42 / Elmi müsabiqələr
Oxunma ( 3070 )

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (bundan sonra – “Elmin İnkişafı Fondu” adlandırılacaqdır) ölkənin bir sıra ali təhsil müəssisələrində aparılan əhəmiyyətli elmi araşdırma və tədqiqatların daha yüksək səviyyədə dəstəklənməsinə yönəlmiş layihələrin qrantlar yolu ilə ünvanlı şəkildə maliyyələşdirilməsi məqsədi ilə 2014-cü ildə elan edilərək keçirilmiş “Universitet qrantı” məqsədli müsabiqəsinin (EİF/UNİ-1-2014-5(20)) nəticələrini ELAN EDİR:

1. Elmin İnkişafı Fondu “Universitet qrantı” məqsədli müsabiqəsinin keçirilməsi haqqında qərarını 2014-cü il 3 noyabr tarixində internet səhifəsində və kütləvi informasiya vasitələrində elan etmiş və qrant layihələrinin qəbulu üçün müddət olaraq 2014-cü il 3 noyabr – 3 dekabr tarixlərini müəyyənləşdirmişdir. Bu müddət ərzində Elmin İnkişafı Fondunun icraçı direksiyası qrant iddiaçılarına kömək məqsədilə 4 məsləhət seminarı təşkil etmiş, telefon və elektron-poçt vasitəsilə olan müraciətlərə cavab vermiş, ortaya çıxan suallara aydınlıq gətirmişdir.
2. Yuxarıda göstərilən müddət ərzində müsabiqəyə 37 layihə daxil olmuş və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müvafiq 2 AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU SCIENCE DEVELOPMENT FOUNDATION under the President of the Republic of Azerbaijan ФОНД РАЗВИТИЯ НАУКИ при Президенте Азербайджанской Республики qeydiyyatdan keçirilmişdir. 2014-cü il 20 dekabr – 2015-ci il 20 fevral tarixlərini əhatə edən müddətdə bu layihələrin texniki və elmi ekspertizası işi təşkil olunmuşdur. Müsabiqə qaydaları və tələblərinə cavab verməyən 6 layihə texniki ekspertiza mərhələsindən keçməmiş, 31 layihə isə elmi ekspertiza mərhələsinə buraxılmışdır. Ekspertiza işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri və müstəqil elmi ekspertlər cəlb olunmuşlar.
3. Elmin İnkişafı Fondunun icraçı direksiyası, daimi və müstəqil elmi ekspertlər təqdim olunmuş layihələrin cari müsabiqənin elmi prioritetlərinə uyğunluq dərəcəsini müəyyənləşdirmiş, layihələrin elmi səviyyəsini, onların yerinə yetirilməsi imkanlarını və potensialını, gözlənilən elmi nəticələrini, mümkün tətbiq ehtimalını ekspertiza qaydalarına uyğun olaraq xüsusi sistem üzrə qiymətləndirmiş, həmçinin maliyyələşdirilmənin məqsədəuyğunluğu və həcmi barədə Elmin İnkişafı Fondunun Himayədarlar Şurası üçün rəylər, arayışlar və tövsiyələr hazırlamışdır.
4. Elmin İnkişafı Fondunun icraçı direksiyasının, daimi və müstəqil elmi ekspertlərin hər bir layihə üzrə hazırladığı və statistik məlumatların daxil olduğu yekun sənədlər toplusuna Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının iclasında baxılmış, ekspertiza qaydalarına uyğun olaraq layihələrin yekun toplanmış ballara görə sıralanmış siyahısı və maliyyələşdirilmə həcmi barədə tövsiyələr müzakirə olunmuş və yekun qərar qəbul edilmişdir.
5. 2014-cü ildə elan edilərək keçirilmiş “Universitet qrantı” məqsədli müsabiqəsi üzrə 11 qalib layihə müəyyənləşdirilmiş (siyahı əlavə olunur) və Elmin İnkişafı Fondunun Qərarı ilə təsdiq olunmuşdur. Cari müsabiqə üzrə ümumi maliyyələşdirilmə həcmi 890000 manat olmuşdur.
6. Bu elan verildikdən sonra müəyyənləşdirilmiş müddət ərzində Elmin İnkişafı Fondunun icraçı direksiyası ilə qalib layihənin rəhbəri arasında layihənin yerinə yetirilməsi barədə lazımi sənədlər toplusu hazırlanmaqla müvafiq müqavilə bağlanılacaq və qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçiriləcəkdir.
7. Elmin İnkişafı Fondu 2014-cü ildə elan edilərək keçirilmiş “Universitet qrantı” məqsədli müsabiqəsinin qaliblərini təbrik edir, müsabiqə iştirakçılarına və müstəqil elmi ekspertlərə minnətdarlığını bildirir. 
Qaliblərin adları ilə http://sdf.gov.az/qrant/Universitet%20qranti%20qalibler%20-%2014.05.2015.pdf linkində tanış olmaq olar.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.