Fotos
Gənc Alim və mütəxəssislər futbol meydançasında güclüləri müəyyən etdilər
May 21 , 2015 | 04:00 / İdman yarışları
Oxunma ( 3111 )

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, AMEA İşlər İdarəsinin və Azad Həmkarlar İttifaqının dəstəyilə aprel ayının 27-də start götürülən və ümummilli lider, ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan "AMEA Gənc Alim və Mütəxəssislərinin II İnstitutlarası Futbol Çempionatı"nın 3-cü və 4-cü yerlərin, o cümlədən 2-ci və 1-ci yerlərin sahibləri məlum olmuşdur. AMEA Geologiya və Geofizika və Fizika İnstitutunun gəncləri bürünc medallar uğrunda mübarizəsi birincilərin 5-0 hesablı (texniki məğlubiyyət) qələbəsilə yekunlaşıb. AMEA-nın prezidenti, akademik Akif Əlizadə və digər rəhbər şəxslərin də iştirak etdiyi final oynunda AMEA Riyaziyyat və Mexanika İnstitutu ilə Arxeologiya və Etnoqrafiya İnstitutunun komandaları üz-üzə gəlib. Tamaşaçılar tərəfindən böyük marağa səbəb olan oyun 3-4 hesabı ilə Arxeologiya və Etnoqrafiya İnstitutunun qələbəsilə sona çatıb . Komandaların təltifolunma mərasimində nitq söyləyən akademik Akif Əlizadə bildirdi ki, ulu öndər Heydər Əliyevin 92-ci ildönümü münasibətilə keçirilən ikinci çempionatın artıq Akademiyanın həyatında ənənə halını alması, elm adamlarının idmana da olan marağından xəbər verir. Onun sözlərinə görə, Azərbaycanda cənab Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və bunun təzaharü kimi mötəbər beynəlxalq əhəmiyyətli idman müsabiqəsi olan "Bakı Avropa Oyunları -2015"in ölkəmizdə keçirlməsi xalqımızın milli-mənəvi dəyərlərinin və idman ənənəsinin dünyada bərqərar olunması nöqteyi-nəzərindən böyük və əhəmiyyətli bir təşəbbüsdür.
Akademik nitqinin sonunda təşkilatçıları Akademiyada artıq ikinci dəfə belə bir çempionatın yüksək səviyyədə keçirilməsi münasibətilə təbrik etdi.
Növbəti çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov belə bir layihənin ardıcıl olaraq iki dəfə Akademiyada keçirilməsinə nail ola bildikləri üçün qurumun prezidenti, akademik Akif Əlizadəyə, AMEA İşlər İdarəsinin rəhbəri Fətəli Abdullayeva, Akademiya Şəhərçiyinin rəhbəri Nazim Sadıqova və Azad Həmkarlar İttifaqının sədri İsa Əliyevə gənclərin adından təşəkkürünü bildirdi.
Sonda akademik Akif Əlizadə tərəfindən turnirin 3-cü , 2-ci və 1-ci yerin sahiblərinə müvafiq medallar, diplomlar, pul mükafatları və kubok təqdim olunub. Çempionat çərçivəsində "Ən yaxşı oyunçu" və "Ən yaxşı qapıçı" nominasiyasına layig görülən Riyaziyyat və Mexanika İnstitutunun hüçumçusu Elton Quliyev və Arxelogiya və Etnoqrafiya İnstitutunun qapıçısı Məhəmməd Abdullayev mükafatlarla təltif olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.