Fotos
AMEA Xəzər Universiteti ilə anlaşdı
May 21 , 2015 | 05:00 /
Oxunma ( 2440 )

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti Xəzər Universitetinin rəhbərliyi ilə görüşüb. Tərəflər arasında ölkəmizdə elmlə təhsilin inteqrasiyasını gücləndirmək, elmi müəssisələrlə ali təhsil müəssisələri arasında əməkdaşlığı möhkəmləndirmək və yüksəkixtisaslı kadrlar hazırlamaq məqsədilə Anlaşma Memorandumu imzalanıb. Sənəddə qarşılıqlı maraq kəsb edən mövzular üzrə birgə elmi-tədqiqatların aparılması, elmi nəticələrin tədris prosesinə tətbiqi, tanınmış alimlərin tədris prosesinə cəlb edilməsi, respublika üçün əhəmiyyətli olan tətbiqi ixtisaslar üzrə elmi biliklərə yiyələnmiş kadrların hazırlanması, tədrisin keyfiyyətini yüksəltmək və tədris prosesinin təşkili sahəsində müəllim, doktorant, magistr və elmi işçilər, habelə təcrübə, tədqiqat materialları və informasiya mübadiləsinin aparılması məsələləri yer alır. Həmçinin memorandumda qarşılıqlı maraq doğuran müasir elmi məsələlərə həsr olunmuş birgə seminar, təlim, konfrans və simpoziumların təşkil edilməsi, elm və texnologiyanın müxtəlif sahələrində proqramların həyata keçirilməsi, tədrisdə müasir informasiya və kommunikasiya texnologiyaları vasitələrinin tətbiqi ilə bağlı təcrübənin qarşılıqlı öyrənilməsi və mübadiləsi, gənc alimlərin və müəllimlərin dünyanın nüfuzlu elmi mərkəzlərində təcrübə keçməsinin təşkil edilməsi və digər məsələlər də öz əksini tapır.

 
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.