Fotos
Gənc geoloq Abşeron göllərinin ekoloji vəziyyətini araşdırıb
May 25 , 2015 | 05:00 / Mühüm hadisələr
Oxunma ( 4104 )

AMEA Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti elmi seminarı keçirilib.

Şuranın rəhbəri, geologiya üzrə fəlsəfə doktoru Orxan Abbasovun sədrliyi ilə aparılan tədbirdə İnstitutun "Geoekologiya" şöbəsinin mühəndisi İlqar Quliyev “Abşeron yarımadasının çirklənmiş göllərində mikroelementlərin paylanmasının geokimyəvi xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. İ.Quliyev yarımadadakı göllərin əhəmiyyəti, ekoloji vəziyyəti, həmçinin çirklənmə səbəbləri və dərəcələrindən bəhs edib. Bildirib ki, burada göllərin əksəriyyəti duz, bron, yod, müalicəvi palçıq və digər tərkiblərlə zəngindir. Lakin ekoloji çirklənmələr bir çox halda bu təbii sərvətlərdən istifadəni məhdudlaşdırır. Xocasən, Bülbülə, Kürdəxanı və Qırmızı göllər ölkə ərazisinin ən çirkli su hövzələrindəndir. Böyükşor isə hazırda dövlət səviyyəsində aparılan tədbirlər nəticəsində bu siyahıdan çıxmaq üzrədir. Abşeronda ən az çirklənən Masazır gölüdür.

İ.Quliyev çirklənmələrin əsas səbəblərini təbiət hadisələri, iqlim dəyişmələri, fauna və floranın təsiri, həmçinin antropogen amillə təsvir edib.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.