Fotos
İqtisadçı gənc alimlər "Ümid Yeri” uşaq sığınacaq evini ziyarət ediblər
İyn 01 , 2015 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 2805 )

29 may 2015-ci il tarixində AMEA İqtisadiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Bakı şəhəri Sabunçu qəsəbəsində yerləşən, kimsəsiz uşaqlara himayədarlıq edən "Ümid Yeri” uşaq sığınacaq evini ziyarət etdilər. 28 may – Respublika Günü və 1 iyun Uşaqların Beynəlxalq Müdafiə Günü ilə əlaqədar keçirilən xeyriyyə aksiyasının məqsədi uşaqlarla onların maraq dairələri, gələcək arzuları barədə söhbət etmək, onlarda elm və təhsilə maraq yaratmaq və kimsəsiz balacaları sevindirmək idi. Uşaq evinin rəhbəri Nigar Mənsimova sığınacağın yaranması, məqsədi, burada görülən işlər barədə Gənc Alim və Mütəxəssislər Şurasının üzvlərini məlumatlandırdı. AMEA İqtisadiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası”nın üzvləri uşaqlarla maraqlı vaxt keçirdilər, viktorina sualları əsasında oyun təşkil etdilər, daha sonra onları müxtəlif hədiyyələrlə sevindirdilər.

Qeyd edək ki, “Ümid Yeri” uşaq sığınacaq evində 50-dən çox yetim və valideyn himayəsindən məhrum olan azyaşlı və məktəbli uşaq var.
 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.