Fotos
AMEA BOTANİKA İNSTİTUTUNDA “BİOMÜXTƏLİFLİK VƏ İQLİM DƏYİŞMƏLƏRİ” İSTİQAMƏTİNDƏ ELMİ İŞLƏR GENİŞLƏNDİRİLİB
İyn 03 , 2015 | 02:00 /
Oxunma ( 2682 )

AMEA Botanika İnstitutunun və Frankfurt Universiteti (Almaniya) Ekologiya, Evalyusiya və Biomüxtəliflik İnstitutunun birgə yaratdığı “Biomüxtəliflik və İqlim Dəyişmələri Beynəlxalq laboratoriyası”nın elmi-tədqiqat proqramı üzrə nəzərdə tutulan fəaliyyətinə İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, Validə Əlizadənin rəhbərliyi ilə start verilmişdir. İnstitutun Elmi informasiya və innovasiya şöbəsindən verilən məlumata görə, son dörd ay ərzində bu layihə çərçivəsində Dr. Əmrah Məmmədov tərəfindən “Evalyusiya və İqlim”, “Biomüxtəliflik dinamikası və İqlim”, ”Adaptasiya və İqlim”, ”Ekosistem fəaliyyəti və İqlim”, ”2100-cü ilədək qlobal biomüxtəliflik ssenarisi”, ”İqlim dəyişikliyinin biomüxtəlifliyə birbaşa və dolayı yolla təsiri”, ”Torpaq, otlaq və meşə ekosistemlərinin iqlim dəyişikliyinə həssaslığı”, ”İqlim dəyişikliyi və biomüxtəliflik üzrə istifadə edilən modellər, cihazlar və avadanlıqlar” mövzusunda sistemli şəkildə seminarlar keçirilmişdir. Seminarlar gənc tədqiqatçıların fəal iştirakı və qeyd edilən mövzu üzrə çıxışları ilə aparılır.
Müştərək beynəlxalq laboratoriyanın strategiyasına uyğun olaraq tədqiqat aparılacaq ərazilərdə (İsmayıllı, Qax və s.) monitorinqin keçirilməsi, mövzunun elmi-tədqiqat istiqaməti üzrə dərinləşdirilməsi və digər təşkilatlarla əlaqələrin genişləndirilməsinə başlanılmışdır. Bu məqsədlə  beynəlxalq layihənin iştirakçıları,  Əmrah Məmmədov, Xatirə Qasımova, Aynurə Cəfərova və Jalə Dənziyeva Lahıc qəsəbəsi ətrafında otlaq və meşə ekosistemində müəyyən müşahidələrin aparılması üçün İsmayıllı rayonuna ezam olunmuşlar. Ezamiyyət Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) üzrə və ”Cənubi Qafqaz Landşaftında Meşə və Torpaqların Davamlı İdarə Edilməsi"  və “Clima East Pilot" kimi iqlim dəyişməsi ilə bağlı iki beynəlxalq layihələr və təcrübələr çərçivəsində həyata keçirilmişdir. Əməkdaşlar ”Meşə örtüyündə və otlaqlarda karbonun udulması və hesablanması” və ”İstifadə edilən beynəlxalq metodlar və texnologiyalar” movzusunda keçirilən seminarlarda fəal  iştirak edərək ətraf mühitin davamlı idarə potensialının qurulmasına və biomüxtəlifliyin qorunmasına yönəldilən meşə idarəetməsi, otlaqların monitorinqi, inventarlaşdırılması və əlaqədar digər məsələlər üzrə müəyyən praktiki təcrübəni mənimsəmişlər.


 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.