Fotos
Gənc dendroloq Türkiyə ezam olunacaq
İyn 08 , 2015 | 12:00 / Elmi müsabiqələr
Oxunma ( 2874 )

10-14 may 2015-ci il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə doktorantlar üçün müsabiqə keçirilmişdir. Bu haqda məlumat verən Şuranın sədri, biologiya üzrə fəlsəfə doktoru Zaman Məmmədov bildirmişdir ki, müsabiqənin şərtlərinə görə qalib olacaq doktorant və ya dissertant xaricdə elmi təcrübəsini artırmaq üçün 3 ayliq xaricə elmi təcrübəyə göndəriləcək. Bu məqsədlə müsabiqədə İnstitutun bütün doktorant və disertantların iştirakını təmin etmək üçün elan verilmişdir. Elan müddətində bir neçə gənc doktorant və dissertant sənədlərini təqdim etmişdir. Ekspert Komisiyası tərəfindən namizədlərin sənədləri təhlil olunmuş və nəticədə İnstitutun “Bitki ekologiyası” laboratoriyasının kiçik elmi işçisi Əliyeva Şəbnəmin işi qənaətbəxş hesab olunmuşdur.

Beləliklə dissertant elmi təcrübə keçmək üçün Türkiyədə Akdeniz Universitesi Bioloji bölümü və Botanik Bahçesi Uygulama və Araşdırma Mərkezinə 3 ay müddətinə ezam olunması barədə qərar qəbul edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir 

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.