İyn 10 , 2015 | 02:00 / Mühüm hadisələr
Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının elmi seminarı keçirilib. Seminarda suranın sədri Xəlilzadə Vüsalə “Ksilotrof makromisetlərdən ferment preparatların alınması və hidrolitik fermentlərin katalitik aktivliyinin bəzi kinetik xüsusiyyətləri” mövzusunda çıxış edib. Gənc tədqiqatçı apardığı elmi-tədqiqat işlərinin nəticələri haqqında məlumat verərək qeyd etmişdir ki, ferment preparatlarında olan hidrolotik fermentlərin katalitik aktivliyini xarakterizə edən kinetik parametrlər prosesin effektivliyini təmin edəcək kəmiyyət göstəricilərinə malikdirlər və bu səbədən onlar liqnosellüoza tərkibli bərpa olunan bitki tullantılarının enzmioloji konversiyasında uğurla istifadə edilə bilər.
Mövzu ilə bağlı suallar məruzəçi tərəfindən cavablandırılıb.