May 12 , 2015 | 06:49 / Mühüm hadisələr
AMEA Nizami adına Ədəbiyyat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri fil.ü.f.d., dos. Eşqanə Akif qızı Babayeva 08-12 may 2015-ci il tarixində Makedoniyanın Skopye şəhərində keçirilən “XX Uluslararası Türk Kültürü” adlanan beynəlxalq elmi konfransda iştirak etmişdir.
Konfransda türk dünyasının bir çox yerindən və o cümlədən Azərbaycandan nümayəndələr iştirak edirdi. AMEA Nizami adına Ədəbiyyat İnstitutunu bu konfransda Eşqanə Babayeva təmsil etmişdir.
Gənc alim Eşqanə Babayeva “XX əsrin əvvəlləri türk romanında dəyişən dünya və kültürəl dəyərlər” mövzusunda məruzə ilə çıxış etmişdir. O, öz məruzəsində XX əsrdə Türkiyənin ictimai-siyasi, ədəbi-mədəni həyatında baş vermiş dəyişikliyə nəzər salaraq, xüsusən də nəsr sahəsində ədəbi təmayüllər, yeni tendensiyalar üzərində duraraq, bu hadisələrin türk romanında təzahürü məsələsini işıqlandırmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir