Xaricdə təhsil alanların diplomları yoxlanılacaq
İyn 25 , 2015 | 10:00 / Mühim hadisələr
Oxunma ( 2012 )

Xaricdə təhsil almaq istəyənlərin diplomu tanınmaya bilər. ANS TV-nin məlumatına görə, son zamanlar sosial şəbəkələrdə Ukraynada, Türkiyədə, Gürcüstanda təhsil adlı səhifələrə, şirkətlərə tez-tez rast gəlirik.
Xüsusilə də qəbul imtahanları zamanı bu işbazlar var qüvvəsi ilə fəaliyyət göstərir. Təklifə diqqət yetirin. Müştəri cəlb etmək istəyən şirkət imtahansız yalnız atestatla xaricdə ali məktəbə qəbul keçirdiyini elan edir. Hətta bu ali məktəblər atestatı olmayanları da 9-cu sinif şəhadətnaməsi ilə qəbul edir və abituryent ovuna çıxır. Qəbul imtahanında yaxşı nəticə göstərə bilməyən abituriyent və övladını diplomlu görməyi arzulayan valideyin isə sonda onların qurbanına çevrilir.
Ağır nəticəni isə 4 il sonra geri dönən tələbə diplomunu dövlət orqanlarına təqdim edərkən hiss edir. Hansı ki, hazırda minlərlə şəxs belə bir vəziyyətlə üz-üzə qalıb. Onların diplomlarının Təhsil Nazirliyi tərəfindən tanınması hələ də sual altındadır.
Təhsil Nazirliyinin rəsmisi Cəsarət Valehov deyir ki, Təhsil Nazirliyi xaricdə təhsil alan tələbənin diplomunu və onun biliklərini yoxlamadan diplomu tanımayacaq.
Rəsmi statistikaya görə, bu günə kimi dövlət xətti ilə xaricdə təhsil alanların sayı 3 min nəfərə çatır. Xaricdə təhsil alan bu gənclər daha sonra dövlət orqanlarına da müsabiqəsiz qəbul olunurlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.