AMEA-nın vitse-prezidenti Avropada təhsil alan azərbaycanlı doktorantlarla görüşüb
İyl 03 , 2015 | 05:00 / Mühim hadisələr
Oxunma ( 1253 )
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Azərbaycan Milli Geodeziya və Geofizika Komitəsinin prezidenti, akademik İbrahim Quliyev Beynəlxalq Geodeziya və Geofizika İttifaqının 26-cı Baş Assambleyasının iclasında iştirak etmək məqsədilə Çexiyada elmi ezamiyyətdə olub. Səfər çərçivəsində İ.Quliyev AMEA-da çalışan və Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsilini davam etdirən doktorantlarla görüşüb.

AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Fransada təhsil alan doktorantı Elnur Səfərov və Fəlsəfə və Hüquq İnstitutunun İsveçrədə təhsilini davam etdirən doktorantı Sevil Əliyeva ilə görüşən akademik onların tədqiqatları, elmi araşdırmaları ilə maraqlanıb. Görüşdə Azərbaycan elminin dünya elminə inteqrasiyası ətrafında geniş fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.