Fotos
Albaniya, Azərbaycan, Gürcüstan və Kosovodan olan qabaqçıl tələbə və gənc tədqiqatçılar üçün təlim kursu təşkil olunub
İyn 02 , 2015 | 01:52 / Mühüm hadisələr
Oxunma ( 3049 )

17-30 may tarixlərində Almaniyanın Justus Liebig Giessen Universitetində  "Ətraf mühitə kənd təsərrüfatının təsirinin qiymətləndirilməsi metodları" mövzusunda yay məktəbi "DAAD Summer Scool-2015" təşkil olunub. Təxminən 2 həftə davam edən kursda Albaniya, Azərbaycan, Gürcüstan və Kosovoda olan qabaqçıl tələbə və gənc tədqiqatçılar iştirak edib. Bu əhəmiyyətli kursa ölkəmizdən AMEA akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun gənc mütəxəssisi Kamran Hacıyev qatılıb. İştirakçılara mövzuya uyğun tədqiqatlarla məşğul olan elm mərkəzlərinin aparıcı professorları mühazirə oxumuşlar. Eyni zamanda nəzəri biliklərin praktikada tətbiqi üçün kurs iştirakçıları ayrı-ayrı institutlarda təcrübə keçiblər. Kursunun sonunda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.