AMEA magistraturasında boş qalan yerə yenidən sənəd qəbulu elan ediləcək
İyl 06 , 2015 | 12:17 / Mühim hadisələr
Oxunma ( 1729 )

Azərbaycan Milli Elmlər Akademiyasının magistratura pilləsinə keçirilən imtahanlar zamanı bir boş yer qalıb.

AMEA-dan verilən məlumata görə, bu il magistraturaya qəbul üçün 7 ixtisas - dilşünaslıq, antropologiya, fizika, kimya, biologiya, geologiya, aqronomluq üzrə ümumilikdə 20 plan yeri ayrılıb. Yerlərdən yalnız biri boş qalıb.

Hazırda magistraturaya qəbul olan şəxslərin sənəd qəbulu davam edir. Proses iyulun 10-da başa çatacaq. Daha sonra boş qalan yerə sənəd qəbulu həyata keçiriləcək.

Məlumat üçünb qeyd edək ki, AMEA-da bu il ilk dəfə magistraturaya qəbul imtahanı keçirilib.Magistraturaya tələbə qəbəlu yalnız dövlət sifarişi əsasında aparılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.