Fotos
Birinci Avropa Oyunlarının könüllüləri olan AMEA gəncləri ilə görüş keçirildi
İyl 08 , 2015 | 04:00 / Mühüm hadisələr
Oxunma ( 5162 )

     AMEA Gənc Alim və Mütəxəssislər Şurası, bu il ilk dəfə olaraq Azərbaycanda keçirilən “Birinci Avropa Oyunları Bakı - 2015”in əsas nəticələri və bu mötəbər tədbirin təşkilində AMEA-a gənclərinin rolundan bəhs edən tədbir keçirib. Akademiya gənclərinin iştirakı ilə təşkil olunan tədbiri giriş sözü ilə Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov açdı. O qeyd edib ki, bir neçə gün öncə başa çatan tədbirin əhəmiyyəti Azərbaycan idmanının, mədəniyyətinin, milli-mənəvə dəyərlərinin və s. dünyaya tanıdılması, gələcəkdə ölkəyə turistlərin böyük axının cəlb edilməsi baxımından ölkə rəhbəri, cənab İlham Əliyevin həyata keçirtdiyi məqsədyönlü və uğurlu siyasətinin məntiqi nəticəsidir. Həmçinin sədr vurğulayıb ki, tədbirin təşkil olunmuş möhtəşəm açılış və bağlanış mərasimlərində daha çox Azərbaycanın zəngin milli-mənəvi və tarixi kaloritlərindən istifadə olunması böyük zövqdən və yüksək vətənpərvərlik hisslərindən xəbər verir. “Birinci Avropa Oyunları Bakı - 2015”in belə təmtəraqlı alınması Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı, hörmətli Mehriban Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətindən irəli gəlir. Tədbirin ölkəmiz üçün digər bir əhəmiyyətinin Azərbaycan idmançılarının yüksək nailiyyətlər qazanması ilə bağlı olduğunu xüsusi vurğulayan Famin Salmanov bilirdi ki, qazanılan medalların əyarına görə içtirakçı ölkələrin sıralamasında ikinci yeri tutmaqla Azərbaycan sübut etdi ki, dövlətimiz belə mötəbər oyunların təkcə ən yaxşı təşkilatçısı deyil, həm də inkişaf etmiş idman ölkəsidir. Çox sevindiricidir haldır ki, AMEA bu cür möhtəşəm oyunların keçirilməsi üçün Azərbaycanda təsis olunan konüllülər hərəkatı sıralarına öz gənclərini cəlb etməklə ona öz töhfəsini verdi. Daha sonra çıxış edən AMEA könüllüləri beynəlxalq tədbirlə bağlı xoş təəssüratlarılnı gənclərlə bölüşdülər. “I Avropa oyunları və onun Azərbaycanda turizmin inkişafına təsiri” mövzusu ilə çıxış edən AMEA İqtisadiyyat İnstitutunun gənc alimi Tural Məmmədovun məruzəsi maraqla dinlənildi. Tədbirin sonunda Şura öz “gencalimler.az” və “Gənc tədqiqatçı” elmi-praktiki juranılının geniş təqdimatını keçirdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.