BDU tələbələri Coğrafiya İnstitutunda yay təcrübəsi keçiblər
İyl 14 , 2015 | 12:31 / Mühüm hadisələr
Oxunma ( 3742 )

Bakı Dövlət Universiteti (BDU) və digər ali təhsil müəssisələrinin coğrafiya fakültələrinin tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafıya İnstitutunda elmi təcrübə keçirlər.

Bir aylıq təcrübə zamanı tələbələr bu elm müəssisəsində aparılan elmi-tədqiqat işləri, onların yerinə yetirilmə xüsusiyyətləri, bu sahədə əldə edilən nailiyyətlərlə yaxından tanış olacaqlar.

İnstitutun direktoru, akademik Ramiz Məmmədov, direktorun elmi işlər üzrə müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə, eləcə də institutun digər aparıcı elmi işçiləri tələbələr qarşısında çıxışlar edir, onların suallarını cavablandırırlar. Eyni zamanda, tələbələr coğrafiyanın ayrı-ayrı sahələrinin elmi problemləri, onların həlli yolları və bununla bağlı institutda çap edilmiş elmi məqalələr, kitablar barədə məlumatlandırılır, coğrafiya elminin ən prioritet istiqamətləri üzrə tədqiqat aparmağa istiqamətləndirilirlər.

Qeyd edilir ki, 2014-cü ildən Coğrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən Elm və Tədris Mərkəzi BDU-nun coğrafiya fakültəsində tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, universitetlə institut arasında elmi-tədqiqat və kadr hazırlığı sahəsində əməkdaşlığın yaradılması və inkişaf etdirilməsinə xidmət edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.