Azərbaycan Milli Mətbuatının 140 illiyinə!
İyl 22 , 2015 | 11:00 /
Oxunma ( 2744 )

Hörmətli jurnalistlər, əziz dostlar!
Bu gün Azərbaycan milli mətbuatının yaranmasından nə az, nə çox düz 140 il ötür. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş ilk mətbuat orqanı kimi “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat günü elan edilib. Fəaliyyətdə olduğu qısa dövr ərzində işıq üzü görən 56 sayı ilə sözün əsl mənasında ölkəmizdə milli mətbuatının təşəkkül tapmasında, inkişafında, ən əsası da azad sözün, azad fikrin formalaşmasında əvəzsiz rolu olub.
O vaxtdan ötən bu müddətdə müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda ümummilli lider Heydər Əliyevin sərəncamı ilə senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.
Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. AMEA gəncliyini bir mərkəzdən koordinasiya edən Gənc Alim və Mütəxəssislər Şurası olaraq milli mətbuatımızın təmsilçiləri olan müxtəlif kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq etməkdən məmnunuq və gənc alimlərimizin geniş təbliği, onların elmi nailiyyətlərinin işıqlandırılmasında Sizin rolunuzu əvəzsiz hesab edirik. Ona görə bütün jurnalistləri, bizim elmi-ictimai failiyyətimizə dəstək verən bütün qələm dostlarımızı Milli Mətbuatın 140 illiyi münasibəti ilə ürəkdən təbrik edirik, qələminizin həmişə iti, sözünüzün isə kəsərli olmasını arzulayıq. Bayramınız mübarək dostlar!
Famin Salmanov
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.