Fotos
Genetik alim İtaliyada GMO ilə bağlı tədqiqatlarından danışıb
Avg 05 , 2015 | 10:00 /
Oxunma ( 2602 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun böyük elmi işçisi, Genetik Modifikasiya olunmuş Bitkilər (GMO) üzrə Ekspert Şurasının üzvü, biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov İtaliyada elmi ezamiyyətdə olub. O, Avropa Şurasının Birgə Tədqiqatlar Mərkəzi (JRC) əsaslı Avropa İttifaqı Geni Dəyişdirilmiş Qida və Yemlər üzrə istinad (referens) laboratoriyasının (EURL-GMFF) dəvəti ilə İtaliyanın Varese şəhərində GMO analizlərinin Şəbəkələşməsi üzrə ikinci Beynəlxalq seminarda Azərbaycanı təmsil etmişdir. Tədbirdə 20-dən çox ölkədən GMO üzrə laboratoriyaların mütəxəssisləri, alim və tədqiqatçıları iştirak edib.

2013-cü ildə təşkil olunmuş birinci tədbirin davamı olaraq keçirilən GMO analizlərinin Şəbəkələşməsi üzrə ikinci Beynəlxalq seminarda yol xəritəsinin dəqiqləşdirilməsi və  genişləndirilməsi, GMO analizlərinin elmi-texniki aspektləri üzrə qlobal dialoqlarının təcrübə mübadiləsi və yaxşı təcrübə yolu ilə modelləşdirilməsi, GMO analizləri üzrə gələcək şəbəkələşmənin və qlobal harmonizasiyanın artırılması üzrə fəaliyyətlər müzakirə olunub.

A.Məmmədov Azərbaycanın da bu qlobal şəbəkəyə qoşulmasına nail olmuş, həmçinin gələcəkdə Avropa Komissiyasının xətti ilə GMO sınaqları üzrə yerli təlim və seminarlar keçirilməsi nəzərdə tutulub. 

A.Məmmədov seminar çərçivəsində Milan şəhərində təşkil olunmuş EXPO 2015 beynəlxalq sərgidə də iştirak etmiş, Azərbaycan ilə yanaşı bir sıra ölkələrin (Türkiyə, ABŞ, Macarıstan və s.) Pavilyonları ilə də tanış olub. 

Gənc tədqiqatçı seminardakı fəaliyyətinə görə sertifikata layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.