Avg 20 , 2015 | 08:12 /
“Azərbaycan Milli Elmlər Akakademiyasının 70 illik yubileyinə hazırlıq yüksək səviyyədə davam edir. Yubiley tədbirinin əsas binada keçirilməsi nəzərdə tutulub.
Yubileylə bağlı kitabın hazırlanıb nəşr olunması, filmin çəkilməsi, televiziya arxivlərində AMEA ilə bağlı videomaterialların toplanması da yüksək səviyyədə təşkili edilib”. Bunu Modern.az saytına Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin mətbuat xidmətinin rəhbəri Baba Əliyev elmi qurumun 70 illik yubileyinə hazırlığı ilə bağlı danışarkən bildirib. Onun sözlərinə görə, tədbirin keçirilməsi noyabr ayının sonuncu 10 günlüyünə nəzərdə tutulub: “AMEA-nın 70 illik yubileyi ilə bağlı hazırlıqların böyük bir hissəsi artıq başa çatıb. Film çəkilişinə gəldikdə, az bir hissəsi qalıb, çəkiliş başa çatdıqdan sonra montaj prosesi başlayacaq. Düşünürəm ki, film rəğbətlə qarşılanacaq və hər kəs razı qalacaq”.
1945-ci ildən bəri fəaliyyət göstərən Azərbaycan Milli Elmlər Akademiyasının bu ilin payızında 70 illik yubileyi keçiriləcək.