"Gənc tədqiqatçı" jurnalının növbəti nömrəsi üçün məqalə qəbulu elan edildi
Sen 11 , 2015 | 08:49 / Elmi nəşrlər
Oxunma ( 19742 )

 

AMEA Gənc Alim və Mütəxəssislər Şurası "Gənc tədqiqatçı" jurnalı növbəti sayı üçün məqalə qəbulu elan edib. 25 noyabr 2015-ci il tarixinə qədər olan müddətdə Akademiyanın institut və təşkilatlarında, eləcədə respublikamızın digər elmi və təhsil müəssisələrində çalışan və 40 yaşa qədər gənc alim, elmi işçi, doktorant, magistr və bakalavr tələbələr məqalə təqdim edə bilər. Məqalələr aparılan elmi tədqiqatın ən mühüm elmi nəticə və nailiyyətlərini özündə əks etdirməli və heç bir yerdə dərc edilməmiş olmalıdır.

Məqalə hazırlanarkən aşağıdakı qaydalara əməl olunması xahiş olunur.

 

Müəlliflər üçün qaydalar

 

  1. Məqalələr azərbaycan, rus və ingilis dillərində  qəbul olunur.
  2. Məqalələrə azərbaycan, rus və ingilis dillərində xülasə və açar sözlər əlavə olunmalıdır.
  3. Məqalənin həcmi cədvəllər, şəkillər, ədəbiyyat siyahısı və xülasələr daxil olmaqla 10 səhifədən artıq olmamalıdır.
  4. Məqalə iki variantda təqdim olunmalıdır: Microsoft Word proqramında A4 formatlı kağızda yığılmış, printerdə açılmış mətn və kompakt diskdə. Məqalə Times New Roman - 12 şrifti ilə, bir intervalla yığılmalı və mətndaxili yazıda 1sm abzas buraxmaqla hazırlanmalıdır. Yazı sahəsinin sol və sağ tərəfindən 2 sm, yuxarı və aşağı tərəflərindən isə 3 sm sahə saxlanılmalıdır.
  5. Məqalə aşağıdakı ardıcıllıqla hazırlanmalıdır:

−        Universal Onluq Təsnifatı (UOT) əsasında mövzunun şifrəsi (soldan)  

−        müəllif(lər)in inisial(lar)ı və soyad(lar)ı;

−         məqalənin adı;

−         Sonra təşkilatın adı (müəlliflər müxtəlif təşkilatlardan olduqda, müəssisələrin adlarından əvvəl artma ardıcıllığı ilə rəqəmlər yazılmalı və həmin rəqəmlər sətirüstü indeksdə müəlliflərin soyadlarından sonra göstərilir;

−        əsas mətndən əvvəl məqalənin yazıldığı dildə xülasə və açar sözlər verilir;

−        əsas mətn;

−        ədəbiyyat siyahısı məqalənin sonunda verilir, müəllif(lər)in soyad(lar)ı və inisial(lar)ı, kitabın adı, ili, nəşriyyatı, səhifələrinin sayı; jurnalın adı, ili, nömrəsi, məqalənin başlanğıc və sonuncu səhifələri göstərilməlidir. Mətndə qaynaqlara istinad kvadrat mötərizədə onların nömrələri ardıcıllıqla qeyd edilməklə verilir, məs: [4]; 

7. Cədvəllərin adı və nömrəsi onların üstündə verilməli və onlara mətndə istinad edilməlidir. Cədvəllər bir səhifədən digərinə keçiril­mə­mə­lidir. Məqalədə şəkillərin (qrafik, xəritə, sxem və s.) hər biri tərtib olunduğu proq­ram­dan asılı olmayaraq vahid obyekt şəklində (ayrı-ayrı şəkillərin süni surətdə birləş­­­dirilməsi yolverilməzdir) həm mətnin içərisində, həm də JPEG (*.jpeg, *.jpg) formatında fayl şəklində verilir (başqa formatlar qəbul olunmur). Şəkilaltı yazı “şəkil” sözü ilə nişanlanır və ərəb rəqəmləri ilə ardıcıl nömrələnir.

8. Ölçü vahidlərini seçərkən onların Beynəlxalq Vahidlər Sisteminə (Sİ) uyğun olması vacibdir.

9. Düsturlar və formullar Microsoft Equation 3 redaktorunda yığılır. Düsturun nömrəsi sağda mötərizədə yazılır. Düstur yazılan sətrin uzunluğu 8 sm-dən böyük olmamalıdır (düsturun nömrəsi daxil olmaqla). Əgər düsturun davamı­nı sətirdən-sətrə riyazi qaydanı gözləməklə keçirdikdə 8 sm kifayət etmirsə, onda uzunluq düsturun nömrəsi daxil olmaqla 16,5 sm-dən böyük olmamalıdır.

10. Məqalənin mətni bütün müəlliflər tərəfindən imzalanmalıdır.

11. Məqaləyə müəlliflər haqqında aşağıdakı məlumatlar əlavə edilməlidir: soyadı, adı, atasının adı, iş yeri, e-mail və hər bir müəllifin əlaqə telefonları. Həmçinin redaksiyanın əlaqə saxlayacağı müəllif ayrıca qeyd olunmalıdır.

12. Məqaləyə müvafiq təşkilatın rəsmi rəyi (Elmi Şuranın və s.) əlavə olunmalıdır.

13. Sadalanan tələblərə cavab verməyən məqalələr qaytarılır. Məqalənin daxilolma tarixi onun redaksiya tərəfindən sonuncu dəfə qəbul edilən tarixi sayılır.

14. Məqalədə göstərilən məlumat və faktlara görə müəllif məsuliyyət daşıyır.

15. Redaksiya heyəti tərəfindən qaytarılan məqalələrə təkrar baxılmır.

Əlaqə vasitələri:

Azərbaycan Milli Elmlər Akademiyası, H.Cavid, 131

Tel.: 0125392579

E-mail: genctedqiqatchi@gmail.com

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.