Fotos
GEOLOQ VƏ GEOFİZİKLƏR UŞAQLARI MƏKTƏBƏ YOLA SALDI
Sen 11 , 2015 | 04:00 / Mühüm hadisələr
Oxunma ( 2613 )

Sentyabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunda (GGİ) 15 sentyabr – “Bilik Günü” ilə əlaqədar tədbir keçirilib. İnstitut kollektivinin övladları üçün nəzərdə tutulmuş tədbiri GGİ-nin Həmkarlar İttifaqı Komitəsi (HİK) təşkil edib. AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Komitənin sədri, geologiya üzrə fəlsəfə doktoru Samir Məmmədov uşaqları salamlayıb və AMEA, GGİ, ümumən elm haqqında qısaca və sadə üslubda məlumat verib. Alim və elmi müəssisələrin fəaliyyətinin nə qədər maraqlı və önəmli olduğunu izah edən natiq elmə gedən yolların məhz orta məktəblərdən başladığını bildirib. Qeyd olunub ki, uşaqlarla görüşdə məqsəd elmə xidmət edən vətəndaşların ailələrinin sosial təminatının yaxşılaşdırılmasına töhfə verməkdir.
Tədbirin bədii hissəsində 1-6-cı siniflər üzrə yeni dərs ilinə hazırlaşan uşaqlara peşəkar akytorlar tərəfindən əyələncəli proqramlar təqdim olunub, məntiqi müsabiqələr keçirilib. Uşaqlar isə maraqlı şeirlər deyib, rəqs edib və digər bacarıqlarını göstəriblər. Sonra şagirdlərə məktəb ləvazimatları və vəsaitləri təqdim olunub. Çanta, xətkeş, qələm, dəftər və digər hədiyyələr ümumən 43 uşağın könlünü oxşayıb. Onlar arasında 8 nəfər məktəbə qədəmini məhz bu il qoyaraq I sinif şagirdi adını qazanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.