Fotos
Gənc alimlər “Bilik günü”ndə Lerik məktəbliləri üçün təqdimatlar keçirdiblər
Sen 15 , 2015 | 01:00 / ELMİN TƏBLİĞİ
Oxunma ( 3647 )

Təsis olunduğu gündən bəri,  Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Bilik günü” ilə əlaqədar olaraq respublikanın müxtəlif rayonlarında yerləşən ümümtəhsil orta məktəblərin şagirdləri üçün vətənpərvərlik mövzusunda mühazirələr təşkil edir. Ənənəvi layihə çərçivəsində, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvləri tərəfindən  Lerik rayonunun üç məktəbinin yuxarı sinif şagirdləri və müəllim heyəti üçün “Heydər Əliyev Azərbaycanda multikulturalizm siyasətinin banisidir” mövzusunda təqdimatlar ediblər. Belə ki, AMEA Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Yer Elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov şəhərin 1 saylı Texniki fənlər təmayül liseyində, AMEA Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev isə Malik Baxışov adına 3 saylı tam orta məktəbdə məruzələrlə çıxış etmişlər. Bundan əlavə, gənc alimlər rayonun Günəşli kənd orta məktəbində də mövzu ilə bağlı təqdimat keçiriblər.

Məktəb kollektivi ilə görüşdə, gənc elm adamları həm də Akademiyanın gənclər siyasəti, regionlarda elmin təbliği və orta məktəblərdə istedadlı gələcək alimlərin aşkara çıxarılması məqsədlərini özündə ehtiva edən təşviqat xarakterli təqdimatları gələcəyin alimlərinin diqqətinə çatdırıblar.

Hər üç məktəbdə keçirilən təqdimatların təşkilində “Bilik Fondu”nun rayon üzrə nümayəndəsi, 1 saylı məktəbin direktoru, əməkdar müəllim Gültəkin Şıxaliyeva yaxından iştirak edib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.