Fotos
Gənc geoloq Bişkekdə baş tutan elmi konfransda iştirak edib
Sen 23 , 2015 | 11:36 /
Oxunma ( 3412 )

AMEA Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Arif Hüseynov 14-20 sentyabr tarixlərində Qırğızıstanın Bişkek şəhərində elmi ezamiyyətdə olub. Səfərin məqsədi qeyd olunan tarixlərdə Rusiya və Qırğıstanın Təhsil və Elm Nazirlikləri və eləcə də Qırğısıtan-Rusiya Slavyan Universiteti tərəfindən təşkil olunmuş “Ресурсовоспроизводящие, малоотходные и природоохранные технологии освоения недр” ənənəvi 14-cü Beynəlxalq Elmi Konfransda Azərbaycanı təmsil etmək olub. Gənc mütəxəssis, konfransda “Qobustanın dərində yatan çöküntülərinin karbohidrogen potensialı (palçıq vulkanlarının yanar şist və neftli süxurları əsasında )” adlı mövzu ilə geniş elmi məruzə edib. İştirakçıların çoxsaylı sualları ilə qarşılanan məruzə böyük marağa səbəb olub. Arif Hüseynovun uğurlu məruzəsi Konfransın Elmi Təşkilat Komitəsi tərəfindən fərqləndirici seritifikata layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.