AMEA BOTANİKA İNSTİTUTUNUN ƏMƏKDAŞI İTALİYADA BEYNƏLXALQ SEMİNARA QATILIB
Sen 23 , 2015 | 11:40 / Mühüm hadisələr
Oxunma ( 2890 )

AMEA Botanika İnstitutunun doktorantı Aida Dadaşova Fribourg Təbiət Tarixi Muzeyində (İsveçrə) həyata keçirdiyi tədqiqatlar çərçivəsində Palermoda (Siciliya, İtaliya) təşkil edilmiş relikt ağac növləri və onların biocoğrafiyası üzrə sahələrarası beynəlxalq seminarda iştirak etmişdir. Tədbirin təşkilatçıları İsveçrənin Fribourg Universiteti və İtaliyanın Milli Tədqiqat Şurasının Bioelmlər və Bioresurslar İnstitutu olmuşdur. Seminarın məqsədlərindən biri dar areala malik Zelkova sicula növünün Siciliya ərazisində yayılmış populyasiyalarının tədqiqi və gələcəkdə onların mühafizə edilməsi məqsədilə introduksiya ərazilərinin müəyyənləşdirilməsi idi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.