Okt 03 , 2015 | 01:00 / Görüşlər
1 oktyabr - "Beynəlxalq Ahıllar günü"dür. BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Bu münasibətlə bu gün AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə İnstitutun bir qrup əməkdaşı 1 oktyabr – Beynəlxalq Ahıllar (qocalar) günü münasibətilə Bilgəh qəsəbəsində yerləşən qocalar evini ziyarət edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir