Fotos
AMEA Gənc alim və mütəxəssislər şurası Mikrobiologiya İnstitutu və Mərkəzi Nəbatat Bağında gənc alimlərlə görüş keçirib
Mart 07 , 2014 | 12:07 / Mühüm hadisələr
Oxunma ( 4373 )

Akademiyanın institut və təşkilatlarında çalışan gənc alim və mütəxəssislərin fəaliyyəti, onlar üçün yaradılmış şəraitlə yaxından tanış olmaq, mövcud problemləri dinləmək məqsədilə monitorinqlərə başlayan AMEA Gənc alim və mütəxəssislər şurasının üzvləri Mikrobiologiya İnstitutu və Mərkəzi Nəbatat Bağında olublar.

AMEA Gənc alim və mütəxəssislər şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanovun rəhbərliyi ilə keçirilən görüşdə institutlarda Şuranın fəaliyyəti üçün xüsusi otağın təşkili, müasir informasiya texnologiyaları ilə təchizatı, Şura sədrinin institutun Elmi Şurasında təmsil olunması, institutun gənc mütəxəssislərinin fəaliyyəti üçün mövcud şərait və s. məsələlər ətrafında müzakirələr aparılıb.

Şura üzvləri, həmçinin Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov və Mərkəzi Nəbatat Bağının elmi işlər üzrə direktor müavini, b.ü.f.d.Vahid Fərzəliyevlə də görüşüblər, gənc alimlərin üzərinə düşən vəzifələrdən söhbət açılıb.

science.az

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.