Fotos
AMEA Aşqarlar Kimyası İnstitutunun yaradılmasının 50 illiyinə həsr olunan respublika elmi konfransı keçirilir
Okt 13 , 2015 | 04:00 / Mühüm hadisələr
Oxunma ( 2784 )

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun yaradılmasının 50 illiyinə həsr olunmuş "Sürtkü materialları, yanacaqlar, xüsusi mayelər, aşqar və reagentlər" mövzusunda respublika elmi konfransı öz işinə başladı. Bu münasibətlə təşkil olunan konfransın rəsmi açlışında giriş nitqi ilə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyev bildirdi ki, Aşqarlar Kimyası İnstitutu istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan kimya elmi və sənayesinin inkişafında müstəsna rol oynayıb: "Akademiyanın prezidenti, hörmətli Akif müəllim müasir dövrün tələblərinə uyğun olaraq, tətbiqi xarakterli inovativ layihələrə üstünlük verilməsi tövsiyəsindən sonra kimya institutları, o cümlədən Aşqarlar Kimyası İnstitutu öz fundamental və tətbiqi işləri ilə xüsusi ilə seçilir. Respublikamızda sənayeləşmə prosesinə start verilməsini nəzərə alsaq, deyə bilərik ki, Aşqarlar Kimyası İnstitutları kimi elmi müəssisələr daha da inkişaf etdirilməlidir".
T.Nağıyev ölkəmizin yüksəkixtisaslı kadr hazırlığında Aşqarlar Kimyası İnstitutunun da böyük rolb oynadığını, şəxsən özünün namizdəlik müdafiəsinin bu institutda olduğunu diqqətə çatdırdı.
Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev rəhbərlik etdiyi elm ocağının 50 illik fəaliyyəti ilə bağlı geniş təqdimatla çıxış etdi. O, müstəqilliyin ilk illərində, iqtisadiyyatı dağılmış, müharibə şəraitində çətinliklərlə yaşayan bir ölkədə Aşqarlar Kimyası İnstitutunun təkcə, elmi kadr hazırlığı və elmi tədqiqatların nəzəri əsaslarını yaratmaqla yanaşı, ölkə iqtisadiyyatına da müəyyən töhvələr verdiyini qeyd etdi: "Müharibə iilərində İnstitutun nəzdində olan sınaq zavodunda 100 ton həcmində sənaye yağları istehsal edildi və ölkənin müdafiə sənayesində sərf olundu". 
İnstitut rəhbəri artıq bu elm ocağının yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, institutn xarici ölkələrin tanınmış elmi müəssisələri ilə əməkdaşlığı başladığını, gənclərin elmə cəlb olunması üçün müxtəlif stimullaşdırma tədbirləri həyata keçirildiyini söylədi.
O, Akademiya rəhbərliyinin İnstitut haqqında müsbət mövqedə olmasını Aşqarlar Kimyası İnstitutunun zəhmətkeş kollektivinə verilən dəyər kimi xarakterizə edərək, onların elmə həvəslənməsi vasitəsi hesab etdi.
Açılış tədbirində AMERA-nın müxbir üzvü Fazilə Səmədova da geniş məruzə ilə çıxış etdi. Sonra 3 bölmə üzrə seksiyalar başladı. Oktyabrın 15-ə qədər davam edəcək konfransda 100ə yaxın məruzə dinləniləcək.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.