Fotos
AMEA Gənc alim və mütəxəssislər şurası Radiasiya Problemləri İnstitutunda gənc alimlərlə görüş keçirib
Mart 11 , 2014 | 11:59 / Mühüm hadisələr
Oxunma ( 4395 )

Gənc alim və mütəxəssislərin fəaliyyəti, onlara yaradılmış şəraitlə yaxından tanış olmaq, mövcud problemlərini dinləmək məqsədilə monitorinqlərə start verən AMEA Gənc alim və mütəxəssislər şurasının üzvlərinin növbəti görüşü AMEA Radiasiya Problemləri İnstitutunda baş tutub.

Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov gənclərin fəaliyyətinin, mövqeyinin möhkəmləndirilməsi, elmi təfəkkür səviyyəsinin yüksəldilməsi yönündə yaradılan geniş imkanlardan danışıb.

Şuranın monitorinq qrupunun rəhbəri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayevinstitutlarda keçirilən monitorinqlərin məqsədinin gənclərlə bilavasitə ünsiyyət qurmaq, onların problem və təkliflərini müəyyənləşdirmək olduğunu bildirib.

Görüşdə kimya üzrə fəlsəfə doktoru Cəlal Nağıyev, institutun doktorantı Mətləb Mirzəyev, elmi işçi Fərid Əhmədov və başqaları AMEA gənclərinin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə idman-istirahət, dil-kompüter mərkəzlərinin, institut laboratoriyalarına alınan yeni cihazların iş mexanizmini mənimsəmək üçün xarici ölkələrə ezamiyyətlərin təşkili, tibbi sığortanın tətbiqi, elektron kitabxanaya pulsuz giriş hüququnun tanınması, AMEA institutlarının dövlət-özəl müəssisələrlə əlaqələrinin tənzimlənməsi və s. məsələlər və təkliflərlə çıxış ediblər.

Sonda Şuranın üzvləri institutun direktoru, AMEA-nin müxbir üzvü Adil Qəribovlada görüşüblər. Görüşdə gənc alimlərin üzərinə düşən vəzifələrdən söhbət açılıb, sual və təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

 science.az

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.