AMEA BOTANİKA İNSTİTUTUNUN ƏMƏKDAŞI İRANDA SƏFƏRDƏ OLUB
Okt 23 , 2015 | 12:00 / Mühüm hadisələr
Oxunma ( 2596 )

AMEA Botanika İnstitutunun baş elmi işçisi, a.ü.f.d. Əmrah Məmmədov İsfahan Texnoloji Universitetinin dəvəti ilə İranda səfərdə olub. Ə.Məmmədov Rəfsəncan şəhərində keçirilən "Torpaq Sağlamlığı və Həyat Təhlükəsizliyi" Konqresində “Rizosfer zonasında struktur dəyişikliyinin tədqiqi” mövzusu üzrə plenar məruzə ilə çıxış edib. Səfər müddətində alim, həmçinin, İsfahan Texnoloji Universitetinin Aqrar fakultəsində ərazinin deqradasiya proseslərində zaman-məkan dəyişikliyinin rolu mövzusu ilə professor-müəllim və tələbə heyəti qarşısında mühazirə oxuyub, Universitet ilə İnstitut arasında əməkdaşliq müzakirə edilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.