Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurası üzvləri “MDB Elm Forumu-2015”da iştirak edib
Okt 29 , 2015 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 10745 )

26-28 oktyabr 2015-ci il tarixində Rusiya Federasiyasının Moskva şəhərində “MDB Elm Forumu-2015” tədbiri keçirildi. RF Elm və Təhsil Nazirliyi, «Rossotrudniçestva» Federal Agentliyi və Rusiya Elmlər Akademiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə MDB üzrə respublikadan 300-ə yaxın gənc alim iştirak edirdi.

Gənc alimlərin elm və texnologiya üzrə müasir yanaşmasını özündə əks etdirən Forumun əsas məqsədi Rusiya və digər MDB ölkələrinin gənc alimlərinin elmi tədqiqat işlərində əməkdaşlıq, informasiya mübadiləsi, onlar arasında fənlərarası elmi əlaqələrin qurulması səviyyəsini artırmaq idi.

MDB İcraiyyə Komitəsi, Rusiya Xarici İşlər Nazirliyi, elmi təşkilatların Federal Agentliyi, Rusiya Elmlər Akademiyası, Skolkovo Açıq Universiti, eyni zamanda digər universitetlər, elmi təşkilatların və fondların nümayəndələrinin qatıldığı bu möhtəbər tədbirdə respublikamızı AMEA Elm və Təhsil İdarəsinin rəisi, texnika elmləri doktoru Əminağa Sadıqov, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri - sədr, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov, üzvlər yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev, AMEA Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi Aleksandr Polutayev, Azərbaycan Milli Tarix Muzeyinin kiçik elmi işçisi, doktorant Emin Məmmədov, Bakı Slavyan Universitetinin müəllimələri - Vəfa Allahverdiyeva, Lyubov Tokareva və doktorantı Nurlan Məmmədov təmsil edib.

“Prezident-otel”də baş tutan plenar iclasda AMEA Elm və Təhsil İdarəsinin rəisi, texnika elmləri doktoru Ə.Sadıqov Azərbaycan-Rusiya elmi əlaqələri ilə bağlı məruzə ilə çıxış etdi. Sonra tədbir “fundamental elmlər”, “tətbiqi elmlər” və “MDB-də elmin təbliği” mövzularında dəyirmi stolda panel müzakirələri ilə davam etdi.

Tədbirin ikinci iş günü "Skolkovo" İnnovasiya Mərkəzində elm və texnologiyaın müxtəlif sahələrində innovasiya layihələrinin müzakirəsi keçirildi. “MDB: əməkdaşlıq və inovasiya” panel müzakirəsində AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov “AMEA-70: Gənclər siyasəti” mövzusunda təqdimatla çıxış etdi və gələcək əməkdaşlığın perspektiv istiqamətləri ilə bağlı təkliflərini verdi.

Forumun yekununda qətnamə qəbul edildi.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.