Fotos
Gənc fizioloq Rusiyada beynəlxalq tədbirdə iştirak edib
Noy 11 , 2015 | 11:00 / Mühüm hadisələr
Oxunma ( 3247 )

25-31 oktyabr tarixlərində Moskva şəhərində Rusiya Elmlər Akademiyasının İ.Papanin adına Daxili Suların Biologiyası İnstitutunda "Gənc alim və aspirantlar üçün Molekulyar Biologiya və Təkamül sahəsində VIII elmi-praktiki məktəb" təşkil olunub. Bu tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası A.Qarayev adına Fiziologiya İnstitutunun gənc alimi Nurullayeva Afaq Nazim qızı təmsil edib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.