Fotos
AMEA MƏRKƏZİ NƏBATAT BAĞI AMEA-NIN 70 İLLİYİ MÜNASİBƏT İLƏ YENİ NƏŞRLƏR ÇAP EDİB
Noy 12 , 2015 | 03:00 / Elmi nəşrlər
Oxunma ( 2842 )

AMEA Mərkəzi Nəbatat Bagı AMEA-nın 70 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində “Mərkəzi Nəbatat Bağında qızılgüllərin introduksiyası və seleksiyası” adlı canlı kolleksiyalardan ibarət sərgi təşkil edib. E.O. İsgəndər və  M.R. Qurbanovun “Azərbaycanın nadir oduncaqlı bitkilərinin çoxaldılması və mühafizəsi” adlı kitabı və A.T.İsgəndərov, O.O.Qafarova, R.Ə.Əliyev və V.S.Fərzəliyevin “AMEA Mərkəzi Nəbatat Bağının Qızılgüllər kolleksiyası” adlı kataloqu çap olunub. 
Bağın tarixi və fəaliyyəti haqqında video rolik hazırlanıb,  buklet və broşur (3 dildə) nəşr olunub. 
Yubileylə əlaqəli Sərgidə Mərkəzi Nəbatat Bağının əməkdaşlarının fəaliyyətini əks etdirən elmi  nəşrlərlə yanaşı, qızılgüllərdən ibarət canlı kolleksiya da nümayiş olunur.
 AMEA-nın 70 illik yubileyinə həsr olunmuş təntənəli iclasda Bağın bir qrup əməkdaşı Fəxri Fərmana layiq görülub.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.