Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasına yeni sədr seçildi
Noy 27 , 2015 | 10:59 / Mühüm hadisələr
Oxunma ( 3562 )

Dünən AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda iştirak edən İnstitutun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə elmlər  doktoru Əlövsət Quliyev Akademiya rəhbərliyinin gənc alim və mütəxəssislərə diqqət və qayğısından söz açaraq, Torpaqşünaslıq və Aqrokimya İnstitutu gənclərinin də bu diqqət və qayğıdan kənar qalmadığını diqqətə çatdırdı. Onun sözlərinə görə, İnstitut gəncləri ilə mütəmadi görüşlər keçirilir, onların problemləri öyrənilir, rəy və təklifləri dinlənilir: "İnstitutun laboratoriya və şöbələri əsaslı təmir olunandan sonra, gənc mütəxəssislərin iş şəraiti xeyli yaxşılaşdırılıb, yeni avadanlıqlara, ən son cihazlara çıxış imkanları artırılıb. Eyni zamanda istedadlı gənc mütəxəssislərimizin dünyanın aparıcı elm mərkəzlərində təcrübə mübadiləsi keçməsi, beynəlxalq konfrans və simpoziumlarda iştirakı təmin edilir, getdikcə bu istiqamətdə fəaliyyət genişləndiriləcək".

Ə.Quliyev qeyd etdi ki, Akademiya prezidenti, akademik Akif Əlizadənin tövsiyələri rəhbər tutularaq Torpaqşünaslıq və Aqrokimya İnstitutnda elm-təhsil və istehsalın biri biri ilə əlaqələndiriliməsində gənc alim və mütəxəssislərin imkanlarından daha çox istifadə olunacaq. Direktorun sözlərinə görə yuxarıda söylənilən hədəflərə çatmaq üçün İnstitutn Gənc Alim və Mütəxəssislər Şurasının üzvlərinin olduqca fəalllıq göstərməsi zəruridir.

Ə.Quliyev İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının əvvəlki sədri Nüsrət Siracovun öz ərizəsi ilə işdən ayrıldığını, ona görə onun yerinə yeni sədrin seçilməsinin vacib olduğunu vurğuladı.

İclasda iştirak edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının baş müşaviri, yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov və Monitorinq qrupunun rəhbəri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev Şuranın əsasnaməsində nəzərdə tutlan seçki təlimatları haqqında məlumat verdilər, gənclərin suallarını cavablandırdılar.

Sonra İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvlərinin gizli səsverməsi ilə 2004-cu ildən AMEA Torpaqşünaslıq və Aqrokmiya İnstitutunun torpaqların genezisi, coğrafiyası və xəritəçiliyi laboratoriyasının elmi işçisi Fikrət Feyziyev Şuranın sədri seçildi və İdarə Heyətinə yeni üzvlər də qəbul olundu.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.