Fotos
AMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı Marsel Riyaziyyat İnstitutunda elmi seminarda çıxış edib
Dek 04 , 2015 | 09:25 / Mühüm hadisələr
Oxunma ( 3006 )

AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəhimov Anar 1 dekabr 2015-ci il tarixində Eks-Marsel Universitetinin (Aix-Marseille Universite, Marsel, Fransa) və Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS - Centre National de la Recherche Scientifique) nəzdindəki Marsel Riyaziyyat İnstitutunun (L’Institut de Mathématiques de Marseille, www.i2m.univ-amu.fr) «Riyaziyyat və Kompyuter Elmləri Mərkəzi»nin ümumi Elmi Seminarında məruzə ilə çıxış etmişdir. “Parabolik tənlik üçün tərs mənbə məsələlərinin ədədi həllinə bir yanaşma” adlanan məruzə seminar iştirakçılarının marağına səbəb olmuş, mövzu ətrafında müxtəlif suallar verilmişdir. Seminarda Marsel Riyaziyyat İnstitutunun optimal idarəetmə, tərs məsələlər, ədədi üsullar sahəsində tanınmış alimləri, o cümlədən “Tətbiqi analiz” şöbəsinin müdiri, prof. Asia Benabdalla, prof. Fransua Amel, prof. Teri Qaluve, prof. Mişel Kristofol, prof. Olivie Puasson və başqaları iştirak etmişlər. Seminara həmçinin Eks-Marsel Universitetinin və CNRS-in nəzdindəki “Mexanika, modelləşdirmə və ekoloji təmiz proseslər” laboratoriyasının əməkdaşları da qatılmışdır. Seminarın sonunda mövzu ətrafında diskussiyalar aparılmışdır.

Qeyd edək ki, Rəhimov A. hal-hazırda “AMEA-nın gənc alim və mütəxəssislərinin Avropanın elm mərkəzlərində doktorantura təhsili və elmi-tədqiqat işləri aparması” proqramı çərçivəsində Fransanın Marsel şəhərində Eks-Marsel Universiteti və Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin nəzdindəki Frenel Elmi-Tədqiqat İnstitutunda tərs məsələlərin ədədi həlli istiqamətində elmi-tədqiqat işləri aparır.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.