Fotos
AMEA Zoologiya İnstitutunda 2015-ci il üzrə "İlin ən fəal gənc alimi" seçilib
Dek 22 , 2015 | 01:08 / Mühim hadisələr
Oxunma ( 1273 )

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunda da gənclərin elmi fəaliyyətinin stimullaşdırılması üçün müxtəlif həvəsləndirmə tədbirləri həyata keçirilir. İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə bu elmi müəssisədə çalışan gənc alimlər arasında artıq ikinci dəfədir ki, “İlin ən fəal gənc alimi” müsabiqəsi baş tutub. 2015-ci il üzrə seçilmiş müsabiqə qaliblərinin mükafatlandırılması tədbirində çıxış edən İnstitutun direktoru, AMEA-nın muxbir üzvü İlham Ələkbərov bildirib ki, AMEA rəhbərliyinin yerinə yetirdiyi gənclər siyasətinə uyğun olaraq rəhbərlik etdiyi qurum da müəyyən töhvələr verməyə çalışır, müxtəlif həvəsləndirmə tədbirləri həyata keçrilir. O, gənc alimlərin elmə həvəsləndirilməsi üçün belə müsabiqələrin həlledici əhəmiyyətə malik olduğunu və bunun da ümumi prosesə müəyyən müsbət təsirlər göstərdiyini söyləyib.
Tədbirdə iştirak edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov yerli Gənc Alim və Mütəxəssislər şuralarının birbaşa təşəbbüsü və təşkilatçılığı ilə gənc alim və mütəxəssislər arasında müsabiqələr keçirən, hətta gənclərə adlı mükafat verən institutlarının sayının ildən-ilə artmasının gənc mütəxəssislərin elmə marağının artırılmasında gözəl bir ənənə olduğunu, bunun da gənclər arasında sağlam rəqabət yaratdığını diqqətə çatdırdı və bugünki qaliblərə, ümumiyyətlə müsabiqə iştirakçılarına uğurlar arzuladı.
Müsabiqənin nəticələri haqqında məlumat verən Zoologiya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Sabina Bünyatovanın sözlərinə görə, 4 məqalə (1 xarici jurnalda) və 1 tezislə Tahirova Elyanə I yerə,  4 məqalə (1 xarici jurnalda) və 1 tezislə Nərimanova Vüsalə I yerə, 3 məqalə (1 xarici jurnalda) və 3 tezislə Rzayev Fuad III yerə layiq görülüb.
Sonda müsabiqə qaliblərinə diplom və mükafatlar təqdim olundu.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.