Gənc alimin yeni kitabı çap olunub
Dek 30 , 2015 | 03:21 / Elmi nəşrlər
Oxunma ( 3406 )

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun aparıcı elmi işçisi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun Təbiət elmləri kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Alıyevin professor Qara Cəfərov və professor Mayıl Tağıyevlə birgə həmmüəllifi olduğu "Ümumi fizika kursu üzrə məsələlər (həlli ilə)" Dərslik kitabı işıq üzü görmüşdür. Təhsil Nazirliyinin 03.07.2014-cü il tarixli 762 saylı əmri ilə təstiq edilmiş, ali məktəb tələbələri üçün 236 səhifəlik dərslik kitabı "İqtisad Universiteti" Nəşriyyatında çapdan çıxmışdır. Kitabda ali məktəb proqramına uyğun fizika fənninin tədrisi ilə bağlı məsələ həllərinin həlli mexanizmi və yanaşma texnologiyaları məsələ həlləri nümunələri üzərində verilmişdir. Bundan başqa əsas kəmiyyət və düsturların qısa çıxarışları verilmişdir. Beş fəsildən ibarət olan kitabda hər fəsilə aid 50 məsələ verilmişdir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.