Fotos
AMEA Gənc alim və mütəxəssislər şurasının ilk iclası keçirildi
Fev 05 , 2014 | 02:00 /
Oxunma ( 4122 )

AMEA-nın Əsas binasında yeni yaradılmış Gənc alim və mütəxəssislər şurasının ilk iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan Şuranın sədri, AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov gündəlikdə duran məsələlər barədə məlumat verdi.

Dövlət başçısı tərəfindən yürüdülən gənclər siyasətinin prioritetlərindən biri gənclərin elmi fəaliyyətini stimullaşdırmaq, onların elmin inkişafındakı rolunu artırmaq olduğunu söyləyən F.Salmanov rəhbərlik etdiyi Şuranın Azərbaycan elminin tərəqqisinə, eləcə də kreativ layihələrin reallaşdırılmasına töhfə verəcəyinə əminliyini bildirdi. Gənclərin elmə maraqlarının artırılmasına təkan vermək məqsədilə Şuranın üzərinə düşən vəzifələri ifadə etdi.

İclasda şuranın təşkili və idarəolunması, İdarə heyətinin tərkibi, Şuranın loqosunun, Nizamnaməsinin hazırlanması və s. məsələlər müzakirə edildi, təklif və tövsiyyələr səsləndirildi.

 science.az

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.