Alimlər üçün gənclik yaş həddi 35-40 ola bilər
Yan 04 , 2016 | 02:00 / Mühim hadisələr
Oxunma ( 953 )

Azərbaycanda “Gənclər siyasəti haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi üçün hazırlanan paketdə alimlər üçün gənclik yaşının ən azı 35, ən çoxu 40 kimi qəbul edilməsi təklif edilir. Bunu Trend-ə gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

Nazir müavinin sözlərinə görə, bu yaş keçirilən çoxsaylı müzakirələr nəticəsində müəyyənləşib: “Gənclik yaşı 40-dan yuxarı ola bilməz. Gənclik yaş senzinin 35-dən aşağı olması da işimizə bir o qədər də müsbət təsir etməz. Hesab edirik ki, 35 normal yaşdır. Buna görə də ən azı, 35 yaşın olmasını təklif edirik”.

İ.Babayev qeyd edib ki, yeni layihədə gənclərin elm sahəsinə cəlb edilməsi üçün stimullaşdırılma ilə də bağlı bəndlərin öz əksini tapacağı gözlənilir.

İ.Babayev əlavə edib ki, “Gənclər siyasəti haqqında” ilk qanun 2002-ci ildə qəbul olunan zaman sırf çərçivə, əsas istiqamətləri müəyyən edən qanun idi. 2007-ci ildə artıq qanuna düzəlişlər olunarkən bir sıra bəndlərdə daha da dəqiqləşdimələr həyata keçirilib.

Nazir müavini hesab edir ki, aparılan təhlillərin nəticələrinə əsasən, artıq “Gənclik siyasəti haqqında” qanun çox təkmil sayılır: “Bu gün “Gənclər siyasəti” haqqında qanunda “gənc ailə”, “gənclər təşkilatları”, “gənc vətəndaş” anlayışları göstərilsə də, “gənc alim” bir anlayış kimi qeyd edilməyib. Buna görə də “gənc alim” anlayışının da qanuna daxil edilməsi zərurəti var”.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.