Akademik Akif Əlizadə AMEA-nın İnstitut və təşkilatlarında mətbuata məsul şəxslərlə görüş keçirəcək
Yan 13 , 2016 | 12:13 / Görüşlər
Oxunma ( 2846 )

Yanvarın 15-də saat 14:00-da Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin iştirakı ilə AMEA-nın institut və təşkilatlarında çalışan ictimaiyyətlə əlaqələrə məsul əməkdaşlarla toplantı keçiriləcək. Görüş AMEA-nın Geologiya və Geofizika İnstitutunun akt zalında baş tutacaq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin sosial şəbəkədə yaydığı məlumata görə, tədbirdə ötən müddət ərzində görülmüş işlər və gələcək perspektivlər barədə geniş müzakirə aparılacaq.

İctimaiyyətlə əlaqələrə məsul bütün əməkdaşlar tədbirə dəvət olunur!

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.