Fotos
20 yanvar – milli iradənin və azadlığın təntənəsi
Yan 18 , 2016 | 03:00 / Mühüm hadisələr
Oxunma ( 4711 )

Bu gün AMEA Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən 20 yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan anım tədbiri keçirildi. Bu faciədə şəhid olanların əziz xatirəsinin bir dəqiqə süqutla yad edilməsi ilə başlanılan tədbiri giriş sözü ilə açan Şuranın sədri, dosent Famin Salmanov bildirdi ki, 20 Yanvar – tariximizdə qanla yazılmış bir qara səhifə olsa da ancaq o, təkcə faciə deyil, həm də Azərbaycanın uzun illər mübarizə apardığı  istiqlal və hürriyət savaşının  zəfəri, milli iradənin və azadlığın təntənəsidir. Onun sözlərinə görə, Azərbaycan bu qətiyyətli yolda çox şəhid verdi, zülmə düçar oldu, amma sonda, ümdə arzusuna qovuşa bildi. “Əlbəttə, müəyyən mənada güclü siyasi-idealoji və hərbi gücə malik bir imperiyanın ərasəti altından xilas olmaq və özünün sonrakı azadlığını bərqərar etmək heç də həmişə qurbansız və itikisiz başa gəlmir. Neçə ki, Azərbaycan da bu mənada itkidən – faciədən sığortala bilmədi. Nəticədə, xalq həmin tarixi öz yaddaşında əbədiləşdirməli oldu. Artıq xalqımız 26-ci ildir ki, bu faciəni anır, yaddaşını təzələyir, deyə o, fikirlərinə əlavə etdi.

F.Salmanov qeyd etdi ki, Azərbaycanda 20 Yanvar  faciəsinin hüquqi mənada tarixə qovuşması, bu tarixin hər il ümumxalq matəm  -  hüzn günü kimi qeyd olunması ümummilli lider Heydər Əliyev hakimiyyətinin ilk işlərindən biri oldu. O dedi ki, məhz  həmin ildə imzalanan Sərəncam Azərbaycanin bundan sonrakı tarixi boyu da, bu şanlı, şərəfli yolda özünü fəda və şəhid etmiş soydaşlarımızın əsil qəhrəmanlar kimi anılması üçün bir hüquqi və mənəvi qərardır: “Artıq bu faciə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində anılır. Və illər keçdikcə Azərbaycan həqiqətlərinin, o cümlədən bu qanlı terrorurun dünya ictimaiyyətinə bərqərar olunması istiqamətində ölkə rəhbərliyi tərəfindən davamlı və böyük işlər görür”.

Sonra Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Mehman Həsənov “20 yanvar faciəsinin bədii ədəbiyyatda inikası”, A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi Həlimə Kazımova “1980-1990 cı illərdə Azərbaycanda siyasi vəziyyət və qanlı yanvar” və hüquq elmlər doktoru Ayxan Rüstəmzadə “20 yanvar hadisələrin hüquqi akspekdən baxışı” mövzularında çıxış edərək, bu qanlı hadisənin xronikası, Azərbaycanda və dünyada ona verilən hüquqi və siyası qiymət haqqında fikirlərini bölüşdülər. 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.