AMEA Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasına yeni sədr seçilib
Yan 26 , 2016 | 10:44 / Mühüm hadisələr
Oxunma ( 3588 )

Yanvarın 22-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının növbəti yığıncağı keçirilib.

İnstitutun mətbuat xidmətindən verilən məlumata görə, iclasda iştirak edən İnstitutun direktor vəzifəsini icra edən AMEA-nın müxbir üzvü, professor Möhsün Nağısoylu, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sabiq sədrləri Sevinc Əliyeva və Aynur Qədimalıyeva çıxış ediblər.

Sonra Şuranın yeni tərkibdə İdarə Heyəti formalaşdırılıb və gizli səsvermə yolu ilə Kompüter dilçiliyi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Cahid İsmayıl oğlu Kazımov Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri vəzifəsinə seçilib. Dosent Təranə Şükürlü və Rasim Heydərov sədr müavinləri, filologiya üzrə fəlsəfə doktoru Aytən Allahverdiyeva isə şuranın elmi katibi seçilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.