AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fəxri Fərmanla təltif edildi
Fev 01 , 2016 | 05:50 / Mühüm hadisələr
Oxunma ( 6908 )

Fevralın 1-də Yasamal rayon Heydər Əliyev Mərkəzində “2 fevral  -  Gənclər Günü”nə həsr olunmuş tədbir  keçirildi. Tədbir iştirakçıları, ilk öncə Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, ulu öndərin əziz xatirəsini yad ediblər.  Sonra tədbir Mərkəzin “Heydər Əliyev irsi və salnamə” bölməsində dəyirmi masa ətrafında davam etdirildi. Yasamal rayonundun icra aparatının rəhbərləri,  millət vəkilləri, tanınmış elmi-ictimai, siyasi xadimlərinin, o cümlədən gənc idmançıların iştirak etdiyi tədbirdə ilk nitq Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov tərəfindən söyənilib.  O, Gənclər Gününün yaranma tarixindən, dövlət və gənclik münasibətindən, həmçinin bu il ərzində əldə edilən nailiyyətlərdən  geniş danışıb.

Tədbirdə, həmçinin AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent famin Salmanov da iştirak etmiş və nitq söyləyib. Gənc alim  bugünki Azərbaycan gənclərinin elm, təhsil, mədəniyyət, idman və s. sahələrdə əldə etdikləri uğurları,  məhz həyata keçirilən islahata meyilli siyasətin təzahürü kimi qiymətləndirib. “Azərbaycan Gənclər Formunun 20 illiyi ilə əlaqədar Dövlət başçısı cənab İlham Əliyevin, mənim də iştirak etdiyim  ölkə gənclərinin bir qrupu ilə keçirdiyi səmimi və səmərəli görüşündə, gənclərin fəaliyyətindən məmnun qalması, gələcək inkişafla bağlı səsləndirilən təkliflərə göstərdiyi müsbət reaksiyası təkcə gəncliyə olan inam və etimaddan xəbər vermirdi. Bu, bundan sonra da Azərbaycan gəncliyinə dövlət qayğısının ənənəvi davam etdiriməsinə dair çox vacib bir messaj idi”.  Famin Salmanov qeyd edib ki, Yasamal rayon gənclər və idman idarəsi, YAP Yasamal rayon təşkilatı Gənclər Birliyi və bu rayonda fəaliyyət göstərən aidiyyəti gənclər təşkilatları ölkədə gənclərin inkişafı ilə bağlı qəbul edilən dövlət proqramı və layihələrdə daim yaxından iştirak edir, onların həyata keçirilməsində ön sıralarda durur. Təbii ki, bunun da sirri dövlətin güclü dayağı, rayon gənclərinin tükənməz enerjisi və xüsusən rayon icra hakimiyyətinin dəstəyinin birgə hormoniyasındadır.
Çıxışların sonunda müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənc müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüb. Yasamal rayon gənclər və idman idarəsi “2 fevral – Gənclər Günü” münasibətilə elmdə əldə etdiyi nailiyyətlərə görə dosent Famin Salmanovu Fəxri Fərmanla təltif edib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.