Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurası ictimayyətə geniş və nümunəvi hesabat verdi
Fev 19 , 2016 | 02:16 / Mühüm hadisələr
Oxunma ( 6553 )

Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) 2015-ci il üzrə yekun hesabat yığıncağı keçirilib. Tədbiri giriş sözü ilə açan GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov qonaqları salamlayıb və hesabat məruzəsini təqdim edib. Şura sədri bildirib ki, hazırda dövlətin həyata keçirdiyi gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi elmi-ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilərək elmi-mədəni, siyasi, iqtisadi, humanitar və digər sosial tədbirlərin reallaşdırılmasında mühüm rol oynayır. F.Salmanov qeyd edib ki, ölkədə yaradılan geniş imkanlar Azərbaycan gəncliyinin cəmiyyətin avanqard qüvvəsinə çevrilməsinə imkan yaradıb.

            Rəhbərlik etdiyi qurumun AMEA Rəyasət Heyəti tərəfindən təsdiq olunan illik Fəaliyyət Planına uyğun elmi-ictimai fəaliyyət göstərdiyini vurğulayan şura sədri bu dəfə də ənənəviçilikdən kənara çıxaraq qeyri-ənənəvi layihələrə üstünlük verildiyini söyləyib.

            F.Salmanov GAMŞ tərəfindən Akademiyanın elmlə təhsilin inteqrasiyası siyasətinə töhvə vermək və ən əsası elmi təşkilat və müəsissələrində aparılan tədqiqatların geniş ictimailəşdirilməsi istiqamətində bir sıra işlər görüldüyünü diqqətə çatdırıb. Vurğulayıb ki, bu məqsədləilk dəfə olaraq AMEA-nın müvafiq institutlarında magistraturaya qəbul müsabiqəsinə hazırlıqlı gənclərin cəlb olunmasını təmin etmək üçün ali təhsil ocaqlarında yer və kimya elmləri üzrə təşkil olunan seminarlar Akademiyada yeni yaradılan magistratura ixtisaslarına marağın artmasında böyük rol oynayıb

            Şura sədri elmin təbliği istiqamətində həyata keçirilən ən uğurlu layihələrdən olan "Elm guşə"lərin yaradılmasından da danışıb. Bildirib ki, akademik Akif Əlizadənin tövsiyəsi əsasında ərsəyə gələn bu layihə artıqAMEA-nın Yer Elmlər və Kimya Elmləri bölmələri üzrə yaradılıb, növbəti mərhələdə digər bölmələr üzrəformalaşdırılır.

            F.Salmanov onu da vurğulayıb ki, Akademiya institutlarının həyata keçirdiyi elmi tədqiqatlar və əldə olunan nailiyətlərin geniş ictimayyətə çatdırılmasında, eyni zamanda, gələcəyin alimi olan istedadlı şagirdlərdə elmə maraq formalaşdırılmasında əsas vasitələrdən biri də AMEA-nın institut və təşkilatlarında “Açıq qapı” günlərinin təşkil edilməsidir.Artıq şura tərəfindən bir sıra institutlarda belə tədbirlərə start verilib.

            GAMŞ sədri ötən il həyata keçirilən elmi tədbirlər sırasında olimpiyada və bilik yarışlarınında olduğunu bildirib. Qeyd edib ki, bu istiqamətdə İsmayıllıda "Riyazi məntiq" olimpiyadası təşkil olunub, şəhər və ucqar kənd məktəblərinin yarışda iştirakı diqqətə layiqdir. Belə olimpiyadaların digər regionlarda da keçirilməsi nəzərdə tutulur.

            F.Salmanov 2015-ci ildə şura tərəfindən 2 beynəlxalq, 2 ümumrespublika konfransının, o cümlədən yubiley və anım tədbirlərinin keçirildiyini diqqətə çatdırıb.

            Şura sədri hesabat ilində AMEA-nın elmimüəssisələrində çalışan və elmi tədqiqatları ilə fərqlənən gənclərin bir sıra mükafatlara layiq görüldüyünü vurğulayıb. Qeyd edib ki, 2015-cü il üzrə bir nəfər"Gənclər üçün Prezident Mükafatı"na, 2 nəfər Gənclər və İdman Nazirliyinin elan etdiyi "İlin gənci" mükafatına, 10-a yaxın gənc isə AMEA Rəyasət Heyəti və müvafiq elmi bölmələrin Fəxri Fərmanlarına layiq görülüb.

            Tədbirdə Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri - kimya üzrə fəlsəfə doktoru, Prezident mükafatçısı Fəxriyyə Məmmədova, Famin Mustafa, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.          

Yığıcaqda həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Təşkilatının sədri Daşqın Qənbərov çıxış ediblər. Qonaqlar AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasına gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Hesabat yığıncağında çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, şuraötən müddətdə elmi-ictimai fəaliyyəti ilə Akademiyanın həyatında mühüm rol oynayan təşkilatlanmış bir quruma çevrilib. Akademik şuranınbütün etimadları doğrultduğunu, elmin təbliği və elmlə təhsilin vəhdəti istiqamətində həyata keçirdiyi qeyri-ənənəvi layihələrin yüksək qiymətləndirildiyini qeyd edib.

            AMEA-nın prezidenti hesabat ilində GAMŞ-ın təşkilatçılığı ilə keçirilən "Akademik Elm Həftəliyi - 2015" Beynəlxalq Multidissiplinar Forumun əhəmiyyətini diqqətə çatdırıb. Elmlə istehsalatın inteqrasiyasına xidmət edən interaktiv müzakirələrinəhəmiyyətindən danışan akademik bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi tövsiyə edib.

            Akademik Akif Əlizadə bildirib ki, elmi gəncliyin stimullaşdırılması ilə bağlı həyata keçirilən innovativ layihələr məntiqi nəticəsini verməkdədir. Bu isə Azərbaycan elminin sabaha olan inamını artırır. AMEA rəhbəriişlərin bundan sonra da səylə davam etdiriləcəyini vurğulayıb.

            Tədbirin sonunda hesabat yığıncağının qərar layihəsi oxunub və təsdiq edilib. 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.