Gənc tədqiqatçılar üçün Alman Akademik Mübadilə Proqramına qoşulmaq üçün yeni bir şans
Fev 23 , 2016 | 10:48 / Görüşlər
Oxunma ( 3462 )

24 fevral 2016-cı il tarixində saat 11:00-da AMEA Nizami adına Ədəbiyyat İnstitutunun akt zalında (AMEA Əsas Bina, IV mərtəbə) Gənc Alim və Mütəxəssislər Şurası və Alman Akademik Mübadilə Xidməti (DAAD) Bakı Məlumat Mərkəzinin birgə təşkilatçılığı ilə gənc alim və mütəxəssislər üçün seminar təşkil olunacaq. Seminarı Almaniyadan dəvət olunmuş ekspert idarə edəcək. İştirakçılara  Almaniya universitetlərinə elan olunan təaqüd proqramları haqqında geniş informasiya veriləcək, təqaüd proqramını qazanmaq yolları barədə gəncləri maraqlandıran bütün suallar cavablandırılacaq. Akademiyada təhsil alan və çalışan magistr, doktorant, disertant və gənc elmi işçilər bu imkandan yararlana bilərlər.
Qeyd edək ki, DAAD-ın təqaüd proqramları çərçivəsində tələbələr üçün yay dil kursları (Almaniyada bir aylıq dil kursu) təqaüdləri; tələbə və məzunlar üçün bütün ixtisaslar üzrə master təqaüdləri (2-4 semestrlik), iqtisadiyyat üzrə ERP-Master təqaüdləri; doktorantlar və gənc alimlər üçün 1-10 aylıq tədqiqat təqaüdü, 3 illik tam elmi müdafiə, binational elmi tədqiqat təqaüdü, təcrübəli alimlər üçün isə 1-3 aylıq tədqiqat səfərləri və sair təşkil olunur.
Eyni zamanda doktorantlara elmi müdafiə üçün daha bir imkan açan strukturlaşmış müdafiə proqramı olan bu təqaüd proqramları ilə bağlı Almaniyada elmi rəhbərin tapılmasına da müəyyən kömək olunur. Bu məqsədlə DAAD-ın Məlumat Mərkəzi iddiaçılara hərtərəfli məsləhətlər verməyə hazırdır.
Məlumat üçün bildirək belə bir semiinarın keçirilməsi barədə razılıq AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanovla DAAD Bakı Məlumat Mərkəzinin ofis rəhbəri Stefaniya Dufaux ilə keçirilən görüşdə əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.