Fotos
Nazirlər AMEA idman meydançasında futbol oynadılar
Mart 07 , 2016 | 10:54 / İdman yarışları
Oxunma ( 2836 )

Azərbaycan Milli Elmlər Akademiyasının idman meydançasında Azərbaycanın hökumət nümayəndələrindən ibarət futbol komandası və Macarıstan hökumət nümayəndələrinin daxil olduğu futbol komandası arasında yoldaşlıq görüşü keçirilib. İqtisadiyyat Nazirliyinin economy.gov.az saytına istinadən verilən məlumata görə, dostluq şəraitində keçən gərgin idman mübarizəsində Azərbaycan komandası 7:4 hesabı ilə qələbə qazanıb.

Qeyd edilir ki, Azərbaycan hökuməti komandasının tərkibinə nazirlərimiz sırasında İqtisadiyyat naziri Şahin Mustafayev, Təhsil naziri Mikayıl Cabbarov, Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə qatılıb.

 

Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.