Fotos
Gənc alim və mütəxəssisləri üçün bəzi innovativ layihələrin təqdimatı keçirilib
Mart 07 , 2016 | 09:00 / Görüşlər
Oxunma ( 3049 )

AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin təşəbbüsü və AMEAGənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Akademiyanın gənc alim və mütəxəssisləri üçün innovativ layihələrlə tanışlıq məqsədilə silsilə “İNNOday” tədbirlərindən birincisi keçirilib. Tədbir çərçivəsində AMEA İşlər İdarəsinin əməkdaşı Rəşid Əliyev müəllifi olduğu “BethClip” və “Braille Pad” layihələrini, digər müəllif Sahib Əlizadə isə “EduRings” layihəsini təqdim edib.

“BethClip” bulud texnologiyalarından istifadə etməklə sənədlərin müxtəlif cihazlar arasında sadəcə bir addımla paylaşmaq imkanı yaradan innovativ bir layihədir. Xatırladaq ki, “BethClip” ABŞ-nın məşhur CNBC kanalı tərəfindən 2015-ci ilin dünya üzrə ən diqqətçəkən 20 innovativ layihəsi siyahısına salınıb.

“Braille Pad” görmə məhdudiyyəti olan insanlar üçün İnternetin bütün imkanlarından istifadə imkanı yarada bilən planşet layihəsidir. “Braille Pad” rəqiblərindən fərqli olaraq daha ucuz qiymətlə çoxsətirli Braille əlifbasından istifadə etməyə imkan verir.

“EduRings” layihəsi isə tələbələrə aid fəaliyyətləri olan şirkətlər üçün ümumi şəbəkə layihəsidir. Burada müəlliflər istifadəçi rahatlığını və konfidensiallığını əsas götürərək tələbələrin elmə marağını artırmaq, gənc mütəxəssislərin iş və biznes imkanlarını genişləndirmək imkanları yaradır.

Tədbirdə layihələr ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.