"Kiçik Akademiya"nın üzvləri beynəlxalq olimpiadada qalib olublar
Mart 09 , 2016 | 01:42 / Elmi müsabiqələr
Oxunma ( 4485 )

Qazaxıstanın Almatı şəhərində Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin təşkilatçılığı ilə 11-ci sinif şagirdləri arasında riyaziyyat-mexanika üzrə Beynəlxalq Tədqiqat Layihə Olimpiadası keçirilib. Olimpiadada Akademik Zərifə Əliyeva adına Liseyin şagirdləri İlkin Musayev qızıl medal, Nigar Əsədova isə gümüş medal qazanıblar.

Qeyd edək ki, hər iki şagird Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə Akademik Zərifə Əliyeva adına Liseydə istedadlı şagirdlərdən ibarət yaradılmış “Kiçik Akademiya”nın üzvləridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.